Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb - Yenilənib

Hadisə
  • 12 noyabr, 2026
  • 12:00
Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb - Yenilənib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 11-i saat 10:25 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Fəzail Bayramov küçəsi ərazisindən çağırış qeydə alınıb.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

Cəlilabad rayonunda azyaşlı uşaq ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma (sudurğa) keçirərək həyatını itirib.

44 filmi