Azərbaycanda bu ilin 10 ayında sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb

Hadisə
  • 19 noyabr, 2026
  • 12:30
Azərbaycanda bu ilin 10 ayında sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb

Azərbaycanda cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.