Bərdədə oğurluq etdikdən sonra evi yandıran dəstə üzvləri tutulub
Hadisə
- 03 noyabr, 2016
- 07:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə. 3 noyabr. REPORT.AZ/ Bərdə rayon sakininin evindən oğurluq edən şəxslər daha sonra oranı yandırıblar. "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə noyabrın 1-də rayonun Saatlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb, daha sonra ev qəsdən yandırılıb.
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
00:27
Tusk Konstitusiya Məhkəməsi məsələsində Polşa Prezidenti ilə kompromisə getməyəcəyini açıqlayıb
Digər ölkələr