Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb

Digər ölkələr
  • 01 noyabr, 2026
  • 02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb

Niderland polisi Haaqanın mərkəzində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarla müşayiət olunan gənclərin etiraz aksiyası zamanı 34 nəfəri saxlayıb.

"Report" "Hart van Nederland" portalına istinadən xəbər verir ki, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır.

Onlar xüsusilə zorakılıq tətbiq etməkdə, pirotexniki vasitələrindən qanunsuz istifadə etməkdə və üzü gizlədən geyimlərin geyinilməsi qadağasını pozmaqda şübhəli bilinirlər.

Toqquşmalar zamanı aksiya iştirakçıları polislərə tərəf yandırılmış pirotexniki vasitələr atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri xəsarət alıb.

Bununla belə, polisin məlumatına görə, mağazaların qarət edilməsinin və vandalizm aktlarının qarşısını almaq mümkün olub.

Haaqa Sahibkarlar Birliyinin rəhbəri Bas Vinkler bildirib ki, əlavə təhlükəsizlik tədbirləri səbəbindən yerli mağazaların ziyanı bir neçə min avro təşkil edə bilər.

Vinkler bələdiyyə orqanları ilə bu cür vəziyyətlərin qarşısının alınması tədbirlərini, eləcə də icazəsiz aksiyalara və qarətlərə çağırışlar edən şəxslərdən ziyanın tutulması imkanını müzakirə etmək niyyətindədir.

44 filmi