Bakıda mağazadan 34 min manatdan çox pul oğurlayan maskalı şəxs saxlanılıb
Hadisə
- 25 iyun, 2025
- 16:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakının Nəsimi rayonunda kamuflyaj olunaraq mağazanın anbarındakı kassadan 34 min 600 manat pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Report" xəbər verir ki, naməlum şəxs üzünü gizlətmək üçün maska ilə kamuflyaj olunaraq mağazanın anbarına daxil olub və gizlənərək gecə saatlarına qədər orada gözləyib.
Mağaza bağlandıqdan sonra isə anbardakı kassadan 34600 manat pul vəsaitini oğurlayıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Mehman Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:17
U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb
Fərdi
09:07
Foto
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Hadisə
09:03
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Xarici siyasət
09:00
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Futbol
08:46
ABŞ-də futbol matçı zamanı avtomobil izdihama çırpılıb, 11 nəfər xəsarət alıb
Digər ölkələr
08:25
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr
08:00
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
Daxili siyasət
07:55
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Digər ölkələr
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr