Bakı sakinin avtomobilindən 35 min manatlıq qızıl saat və 5 min manatlıq telefon oğurlanıb

Hadisə
  • 17 avqust, 2021
  • 10:18
Bakı sakinin avtomobilindən 35 min manatlıq qızıl saat və 5 min manatlıq telefon oğurlanıb

Avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından və avtomobilindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlıumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından 2000 manat pul, 3000 manat dəyərində 2 ədəd mobil telefon, ona məxsus “BMW” markalı avtomobildən 35000 manat dəyərində qızıl saat və 5000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.