Bakı-Quba yolundakı yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
Hadisə
- 25 dekabr, 2022
- 11:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.
"Report"un Şimal bürosunun məlumatına görə, "Opel" markalı avtomobillə "Hyundai Sonata" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Opel"in sürücüsü, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Samirə Əliyevanın vəziyyəti ağır olduğundan Sumqayıt şəhərindəki xəstəxanaların birinə göndərilib.
İlkin məlumata görə, hər iki avtomobil Bakı şəhəri istiqamətinə hərəkətdə olublar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:11
Azərbaycanda ixrac gəlirlərinə 5 illik mənfəət vergisi güzəşti tətbiqi təklif edilir
Maliyyə
14:10
Sorğu: Ermənistan vətəndaşlarının 50 %-dən çoxu növbədənkənar parlament seçkilərinin tərəfdarıdır
Region
14:06
Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti yenidən uzadılıb
Hadisə
14:04
Denis Şmıqal ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə İlham Əliyevə təşəkkür edib
Xarici siyasət
14:02
Rəşad Mustafayev: "Peşəfest 2026"da tibb bacısı və tibb qardaşı ixtisasına daha çox maraq göstərilib
Sosial müdafiə
14:01
İlqar Bayramlı: Peşə təhsili mərkəzlərində karyera məsləhəti mərkəzlərinin sayı artırılacaq
Elm və təhsil
13:54
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə ediblər
Digər ölkələr
13:54
Gürcüstanın monetar qızıl ehtiyatlarının dəyəri 1 milyard dollardan çoxdur
Region
13:50
Foto
Azərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar
Fərdi