Polis: AXCP funksionerləri Novxanıda ictimai asayişi pozmağa cəhd ediblər

Hadisə
  • 31 yanvar, 2019
  • 13:00
Polis: AXCP funksionerləri Novxanıda ictimai asayişi pozmağa cəhd ediblər

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün əvvəlcə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.

Bu barədə "Report"a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

44 - Tezliklə