Abşeronda yerli müəssisələrdən birində bədbəxt hadisə baş verib

Hadisə
  • 26 oktyabr, 2017
  • 04:14
Abşeronda yerli müəssisələrdən birində bədbəxt hadisə baş verib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yerli müəssisələrdən birində bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, 1962-ci il təvəllüdlü Mirzəyev Mirzəli Ağasadıq oğlu çalışdığı müəsissədə iş görən zaman yüksək gərginlikli elektrik naqilinə toxunub.

Nəticədə onu cərəyan vurub. M.Mirzəyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

44 - Tezliklə