Abşeronda məktəbdən qayıdan şagirdi maşın vurub
Hadisə
- 21 fevral, 2018
- 10:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeron. 21 fevral. REPORT.AZ/ Abşeron rayonunda məktəbdən gələn şagirdi maşın vurub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsi ərazisndə qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Firuzə Vaqif qızı İsgəndərova məktəbdən çıxarkən yolda toqquşan iki avtomobildən birinin altında qalıb. Nəticədə 11 yaşlı qızın hər iki ayağı sınıb və ağır kəllə beyin travması alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, 11 yaşlı Firuzə İsgəndərova Digah qəsəbə tam orta məktəbinin 5-ci sinfində oxuyur.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr
23:22
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Digər ölkələr
23:12
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Digər ölkələr