Abşeronda iki maşın toqquşub, xəsarət alanlar var

Hadisə
  • 14 oktyabr, 2019
  • 22:36
Abşeronda iki maşın toqquşub, xəsarət alanlar var

Abşeron rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində iki avtomobil toqquşub. Hadisə zamanı 1990-cı il təvəllüdlü Günel Cəfərova və 1991-ci il təvəllüdlü Elvin Qasımlı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. G.Cəfərovaya qaşın və alın nahiyəsinin çapılmış yarası, E.Qasımlıya isə budun çoxsaylı açıq sınığı diaqnozları qoyulub.