Robert Köçəryanın oğlunun həbs müddəti uzadılıb
- 23 oktyabr, 2026
- 10:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb.
"Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almada (rüşvət almağa kömək etmədə) ittiham olunur.
Qeyd edək ki, Robert Köçəryan avqustun 25-də saxlanılıb. Ona əmlakın qanunsuz əldə edilməsi işi üzrə ittihamlar irəli sürülüb. İstintaqın versiyasına görə, o, prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq, xidməti səlahiyyətlərindən istifadə edərək bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar dəyərindən aşağı qiymətə əldə edib. Cinayət işi üzrə köçəryanların 35 əmlak vahidi yer alır, şirkətlərin bir hissəsi möhürlənib.