Xorvatiya millisindən kənarlaşdırılan futbolçu dünya çempionatının gümüş medalından imtina edib
Futbol
- 20 iyul, 2018
- 10:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 iyul. REPORT.AZ/ Rusiyadakı dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.
“Report” "Sport News"a istinadən xəbər verir ki, bu barədə 30 yaşlı hücumçunun özü bildirib. O, gümüş medalı istəmədiyini söyləyib: "Medal üçün təşəkkür edirəm. Amma mən Rusiyadakı mundialda oynamamışam".
Qeyd edək ki, daha öncə Xorvatiya Futbol Federasiyasının sözçüsü Tomislav Paçak Nikola Kaliniçə medal veriləcəyini deyib. Kaliniç DÇ-2018-in qrup mərhələsində Nigeriya ilə görüşün sonlarında (2:0) əvəzetmədən meydana daxil olmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.
Son xəbərlər
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr