UEFA Ukrayna klubuna Avropa Liqası matçını Xarkovda keçirməyə icazə verib
Futbol
- 14 yanvar, 2019
- 14:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 yanvar. REPORT.AZ/ Ukraynanın "Şaxtyor" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.
"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşma Xarkovdakı "Metallist" stadionunda baş tutacaq. Görüş fevralın 14-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Almaniyadakı cavab matçı fevralın 21-i Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Qeyd edək ki, daha öncə "Şaxtyor"un Çempionlar Liqasında Fransa "Lion"i ilə matçı hərbi vəziyyətlə əlaqədar Xarkovdan paytaxt Kiyevə dəyişdirilib. Komanda Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını bu şəhərdə keçirə bilmir.
Son xəbərlər
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr