Riçard Almeydanın çıxış etdiyi "Astana" komandası Danimarka klubunu məğlub edib

Futbol
  • 24 iyul, 2018
  • 16:00
Riçard Almeydanın çıxış etdiyi Astana komandası Danimarka klubunu məğlub edib

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan yığmasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv doğma meydanda Danimarka "Mityulland"i ilə üz-üzə gəlib.

Qarşılaşma Astana təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Riçard Almeyda görüşün 76-cı dəqiqəsində meydana daxil olub. Yarımmüdafiəçi 81-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb. "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike isə matça start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu avqustun 1-i Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.