Naxçıvanda futbol hakimliyi ilə bağlı ödənişsiz seminar keçiriləcək

Futbol
  • 16 noyabr, 2026
  • 17:36
Naxçıvanda futbol hakimliyi ilə bağlı ödənişsiz seminar keçiriləcək

Naxçıvanda futbol hakimi olmaq istəyənlər üçün ödənişsiz seminar keçiriləcək.

Bu barədə "Report"a Naxçıvan Futbol Federasiyasından (NFF) bildirilib.

Məqsəd gənc referilərin hazırlanması və gələcəkdə AFFA-nın bayrağı altında keçiriləcək oyunlara cəlb olunmasıdır.

Seminar AFFA və NFF-nin dəstəyi ilə reallaşacaq.