"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" açıq futbol oynayırdı
Futbol
- 06 avqust, 2024
- 18:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" açıq futbol oynayırdı.
"Report" xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk matçından sonra mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib:
"Öz səhvimizdən rəqibə qol imkanı yaratdıq. Futbolçumun ayağının iki tərəfdən sınmasına görə məyusam. "Qarabağ" hücuma çox futbolçu ilə çıxırdı. Bu səbəbdən əks-hücumlara üstünlük verirdik. Mübarizə hələ bitməyib. Oyunun davamı Bolqarıstanda olacaq. İki futbolçumun olmaması bizim üçün itkidir".
Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasında cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.
Son xəbərlər
17:26
Qazaxıstan gələn il BTC ilə neft ixracını 1,7 milyon tona qədər artıracaq
Energetika
17:21
Foto
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Sağlamlıq
17:17
Foto
Video
Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
Daxili siyasət
17:16
Foto
MMU-da Zəfər Gününə həsr olunmuş Respublika Elmi-Praktik Konfransı başa çatıb
Hərbi
17:13
İspaniyada 18 yaşlı hakimə hücum edən futbolçu 1 illik cəzalandırılıb
Futbol
17:12
Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava
Ekologiya
17:08
Portuqaliya millisini tərk edən Ronaldu üçün xüsusi tədbir təşkil olunacaq
Futbol
17:01
Foto
Bahar Muradova Salyanda vətəndaşları qəbul edib
Daxili siyasət
17:00
AQP: Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
İnfrastruktur