Bahar Muradova Salyanda vətəndaşları qəbul edib

Daxili siyasət
  • 05 noyabr, 2026
  • 17:01
Bahar Muradova Salyanda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbulda Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib.

Qəbul zamanı edilən müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, iddiaların araşdırılması və hüquqi qiymət verilməsi, torpaq sahəsinin ayrılması, eləcə də fəaliyyətin həyata keçirilməsinə dəstək göstərilməsi ilə bağlı məsələlər yer alıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

44 filmi