İsveçlə oyundan əvvəl Azərbaycan millisinin sabiq futbolçularına təşəkkür plaketi təqdim olunub

Futbol
  • 16 noyabr, 2023
  • 16:46
İsveçlə oyundan əvvəl Azərbaycan millisinin sabiq futbolçularına təşəkkür plaketi təqdim olunub

İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl Azərbaycan millisinin sabiq üzvlərinə təşəkkür plaketi təqdim olunub.

"Report" xəbər verir ki, peşəkar karyeralarını 2023-cü ildə sonlandıran Əfran İsmayılov, Rauf Əliyev, Ruslan Abışov, Elvin Məmmədov, hazırda II Liqada "Şahdağ Qusar"da forma geyinən Rahid Əmirquliyev və yığmada çıxışını başa vuran Riçard Almeydaya plaketlə yanaşı, Azərbaycan millisinin forması verilib.

Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.

R.Abışov hazırda ölkə xaricində olduğu üçün mərasimə qatılmayıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

44 filmi