İtaliyalı futbolçu A seriyasının oyununda səkkiz dəqiqə ərzində het-trik edib - VİDEO
Futbol
- 05 mart, 2017
- 22:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 mart. REPORT.AZ/ "Torino" komandasının və İtaliya yığmasının hücumçusu Andrea Belotti - A seriyasının 27-cü turunun "Palermo" ilə matçında, 7 dəqiqə 15 saniyə ərzində üç qol vurub.
"Report" xəbər verir ki, oyunun videogörüntüləri "Youtube"un "Torino FC Official"a məxsus rəsmi kanalında yerləşdirilib.
Əvvəlcə futbolçu künc zərbəsindən topu başı ilə rəqib komandanın qapısından keçirib. Bundan sonra komandasına daha iki gözəl qol bəxş edib.
Andrea Belotti həmçinin oyunda bir sıra təhlükəli hücumları və komanda yoldaşlarına məhsuldar ötürmələri ilə də seçilib.
Qeyd edək ki, oyun ötən bazar günü, martın 5-də Turində keçirilib. Qarşılaşma 3:1 meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
İtaliyalı futbolçu A seriyasının oyununda səkkiz dəqiqə ərzində het-trik edib - VİDEO
Son xəbərlər
08:56
Dünya birjalarında qiymətli metalların qiymətləri enir
Maliyyə
08:42
Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək
Digər ölkələr
08:12
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:09
ABŞ-də helikopterlər toqquşub, ölənlər var
Digər ölkələr
07:44
Argentinada Bolsonarunun Braziliyadan getməsi ilə bağlı araşdırmaya başlanıb
Digər ölkələr
07:09
Xocavənd sakini: Nəhayət Qarabağa qayıdırıq
Daxili siyasət
06:55
Ağdama qayıdan keçmiş məcburi köçkün: İstərdim bu gün ata-anam da yanımda olsunlar
Daxili siyasət
06:51
Foto
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb
Daxili siyasət
06:24
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
Digər ölkələr