Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb
Futbol
- 19 aprel, 2024
- 11:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb.
“Report” xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Yen Maatsenin 1/4 final mərhələsində İspaniya “Atletiko”su ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.
22 yaşlı niderlandlı oyunçu komanda yoldaşı Niklas Fyullkruq, həmçinin Vitinya (PSJ, Fransa) və Coşua Kimmixlə (“Bavariya”, Almaniya) mübarizədən qalib ayrılıb.
Qeyd edək ki, “Atletiko” üzərində cavab görüşündə 4:2 hesablı qələbə qazanan “Borussiya” yarımfinala yüksəlib. Komandalar arasında Madriddəki ilk qarşılaşmada İspaniya təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. “Borussiya”nın yarımfinaldakı rəqibi Fransa çempionu PSJ olacaq.
Son xəbərlər
11:11
"Routes World 2026"da Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır
İnfrastruktur
11:06
Foto
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
Fərdi
11:03
Yunus Abdulov: "Bankların daxilində İslam maliyyəsi ilə mexanizm qurulmalıdır"
Maliyyə
11:02
Nazir: "Hədəfimiz 4 QVt ötürmə gücünə malik layihəni yekun investisiya qərarına çatdırmaqdır" - Yenilənib
Energetika
11:01
Azərbaycanda mikrosahibkarlar bəyannamələri əvvəlcədən dolduracaq
Maliyyə
10:59
İRİA: Rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik plan dörd istiqaməti əhatə edir
İKT
10:58
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
Daxili siyasət
10:56
"Sabah"ın baş məşqçisi Adino Mustedanaqiç: "Futbolçuların "Borussiya"ya qarşı oyunundan razı qaldım"
Futbol
10:53
"Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiqlənib
Energetika