Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb
Futbol
- 06 aprel, 2018
- 10:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 aprel. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunu açıqlayıb.
"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı futbolçu seçilib.
Misirli oyunçu səslərin 53 faizini toplayıb. İkinci yerə isə İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Portuqaliyalı hücumçu 35 faiz səs yığıb. Almaniya "Bavariya"sının yarımmüdafiəçisi Xames Rodriqes isə 5 faiz səslə 3-cü olub.
Qeyd edək ki, "Liverpul"un Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etdiyi oyunda Məhəmməd Salah 1 qol vurub.
Son xəbərlər
20:14
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
Fərdi
20:09
İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir - Yenilənib
Futbol
19:48
Foto
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib
Futbol
19:40
İordaniyada kilsədə törədilən terror aktı qurbanlarının sayı artıb - Yenilənib
Digər ölkələr
19:34
Foto
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir
Futbol
19:31
Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib
Digər ölkələr
19:29
Foto
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur
Futbol
19:22
Foto
Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib
Daxili siyasət
19:04
İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub
Region