Azərbaycanlı hakim Avropa çempionatının Hollandiya-Almaniya matçına təyinat alıb
Futbol
- 19 iyul, 2018
- 12:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında növbəti təyinatını alıb.
"Report"un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, beynəlxalq dərəcəli hakim B qrupunun Hollandiya-Almaniya matçında yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi xorvatiyalı İvana Martinçiç olacaq.
Qeyd edək ki, Hollandiya - Almaniya matçı iyulun 21-də Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Avropa çempionatına iyulun 30-da yekun vurulacaq. Xəyalə Əzizzadə daha öncə B qrupuda baş tutan Hollandiya - İtaliya oyununda yan xətt hakimi olub.
Son xəbərlər
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika
01:50
Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Digər ölkələr