Gürcüstanda danışılmış oyunlara görə saxlanılan futbolçulardan biri Azərbaycanda çıxış edib
Futbol
- 22 may, 2019
- 09:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən danışılmış oyunlara görə saxlanılan futbolçulardan birinin vaxtilə Azərbaycanda çıxış etdiyi bəllli olub.
"Report"un araşdırmasına əsasən, bu, "Turan" komandasının sabiq futbolçusu Nikoloz Maisuradzedir.
Hazırda ölkəsinin "Vit Corciya" komandasında çıxış edən 30 yaşlı yarımmüdafiəçi 2012-2013 mövsümünün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib. O, həmin ilin martında əyalət təmsilçisinə cəlb olunub, avqustda isə indiki klubuna keçib.
Qeyd edək ki, Nikoloz Maisuradze Azərbaycan Premyer Liqasında "Turan"ın heyətində 8 oyuna çıxıb. 2012-2013 mövsümündə Tovuz komandası sonuncu yeri tutaraq, I Diviziona enib.
Son xəbərlər
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika