Azərbaycan Premyer Liqası: XIII turun son görüşündə "Qarabağ" "Sumqayıt"ı məğlub edib
- 29 noyabr, 2026
- 18:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XIII turunun son görüşündə "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib.
"Report" xəbər verir ki, "Azərsun Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Aleksandr Kaşuk 42-ci, Renaldo Sefas 45+2-ci, Taofik İsmail 77-ci, Musa Qurbanlı 86-cı dəqiqlərdə fərqləniblər. Sumqayıt təmsilçisindən İsa Suliman 8-ci, Emil Mustafayev isə 55-ci dəqiqələrdə rəqib qapısına yol tapıblar.
Bu nəticədən sonra "Qarabağ" 23 xalla 4-cü pillədə yer alıb. 10 xala malik "Sumqayıt" onuncudur.
Xatırladaq ki, XIII turun daha əvvəl baş tutan oyunlarında "Şəfa" "İmişli"yə (3:1), "Neftçi" "Zirə"yə (1:0), "Turan Tovuz" "Kəpəz"ə (2:1), "Sabah" "Araz-Naxçıvan"a (2:1), "Şamaxı" isə "Qəbələ"yə (2:0) qalib gəlib.