Azərbaycan millisinin məşqçisi "Zirə" - "Neftçi" oyunu ilə bağlı proqnozunu açıqlayıb
Futbol
- 20 aprel, 2024
- 06:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Matçın heç-heçə başa çatacağını düşünürəm.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Premyer Liqanın XXXI turunda bu gün keçiriləcək "Zirə" - "Neftçi" oyunu barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis bu görüşün hər iki tərəf üçün vacib olduğunu bildirib: "Qarşılaşma barədə nəsə demək çox çətindir. "Zirə" son vaxtlar qələbələr, xallar qazanmaqla durumunu yaxşılaşdırıb. Komandanın yüksəlişdə olduğunu düşünmək olar. "Neftçi"də isə qeyri-sabitlik sual doğurur. "Zirə" nəticə baxımından ehtiyatlı oyuna üstünlük verə bilər. Onların qapanması "Neftçi"yə çətinlik yaradacaq".
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq oyun saat 19:00-da start götürəcək.
Son xəbərlər
12:11
Bakıda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Digər
12:08
Dövlət sərhədində bir ay ərzində yarım tona yaxın narkotik aşkarlanıb
Hadisə
12:08
Ötən ay saxta pasportla və özgəsinə aid sənədlə sərhədi keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb
Hadisə
12:06
Ötən ay dövlət sərhədində axtarışda olan 316 nəfər tutulub
Hadisə
12:04
Dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb, onlardan 40-ı əcnəbidir
Hadisə
12:03
Azərbaycan Özbəkistanla rəqəmsal maliyyə ekosisteminin inkişafını müzakirə edib
Maliyyə
12:01
Milli Məclis ombudsmanın seçilməsini müzakirə edir
Milli Məclis
12:00
Milli Məclis 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib - Yenilənib
Milli Məclis
12:00
"Liverpul" Federiko Valverde üçün 100 milyon avro dəyərində təklif hazırlayır
Futbol