Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib
Futbol
- 05 dekabr, 2022
- 10:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin restoranı və zərgərlik mağazası möhürlənib.
"Report" "Azad İran"a istinadən xəbər verir ki, bu barədə yerli hökumət qərar çıxarıb.
53 yaşlı veteran hücumçu etirazçıların çağırışına dəstək olaraq mağazalarının 14 - 16 dekabrda bağlanacağını açıqlamışdı.
Qeyd edək ki, Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb. İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlamışdı. Daha sonra onun özü və ailəsi təhdid olunmuşdu.
Son xəbərlər
18:33
Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
Daxili siyasət
18:23
Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib
Komanda
18:19
Foto
Rəşad İsmayılov Vətən müharibəsi iştirakçıları ilə görüşüb
Daxili siyasət
18:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib
Elm və təhsil
18:15
Foto
Azərbaycanın atletika nümayəndələri Portuqaliyada keçirilən beynəlxalq konfransda iştirak edirlər
Komanda
18:15
Foto
Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb
Daxili siyasət
17:57
Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq
Daxili siyasət
17:56
Foto
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
İdman
17:55
İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi
Daxili siyasət