Argentina millisi baş məşqçisi Lionel Skaloni ilə müqavilənin müddətini uzadıb

Futbol
  • 12 noyabr, 2026
  • 22:35
Argentina millisi baş məşqçisi Lionel Skaloni ilə müqavilənin müddətini uzadıb

Argentina Futbol Assosiasiyası (AFA) milli komandanın baş məşqçisi Lionel Skaloni ilə müqavilənin müddətini 2030-cu ilədək uzadıb.

"Report" xəbər verir ki, bu barədə AFA-nın prezidenti Klaudio Tapia məlumat verib.

Bununla da, 48 yaşlı mütəxəssis 2030-cu ilədək Argentina millisinin baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Skaloninin rəhbərliyi altında Cənubi Amerika təmsilçisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Turnirin finalında Argentina millisi Fransanı penaltilər seriyasında məğlub edib.

2026-cı il dünya çempionatının finalında isə argentinalılar İspaniya millisinə uduzublar.

44 filmi