"Araz-Naxçıvan"ın futbolçusu İssuf Paro əməliyyat olunub

Futbol
  • 09 noyabr, 2026
  • 20:22
Araz-Naxçıvanın futbolçusu İssuf Paro əməliyyat olunub

"Araz-Naxçıvan"ın futbolçusu İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub.

Bu barədə "Report"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Müdafiəçinin 3 gündən sonra xəstəxananı tərk edəcəyi və növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı bildirilib.

Qeyd edək ki, futbolçu Misli Premyer Liqasının VIII turunda "Sumqayıt"la oyunda zədələnib.