Almaniya 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb
Futbol
- 24 aprel, 2018
- 10:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 aprel. REPORT.AZ/ Almaniya Futbol İttifaqı (DFB) 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb.
"Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında DFB prezidenti Raynhard Qrindel bütün lazımi sənədləri baş katib Teodor Teodoridisə təqdim edib.
Almaniya AVRO-2024-ü təşkil etmək istəyini hələ ötən ilin martında açıqlayıb. Bu dəfə isə DFB son tarix olan aprelin 27-nə 3 gün qalmış rəsmən ərizə verib.
Qeyd edək ki, Avropa çempionatına Türkiyə də namizəddir. Türkiyə Futbol Federasiyasının nümayəndə heyəti UEFA-ya müvafiq sənədləri bu həftə rəsmən təqdim edəcək.
Son xəbərlər
06:24
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
Digər ölkələr
05:47
Vens: Tramp İranla uzunmüddətli müharibəyə yol verməyəcək
Digər ölkələr
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region