Tokio olimpiadasının qalibi yarışlardan 21 ay müddətinə kənarlaşdırılacaq
Fərdi
- 18 aprel, 2025
- 13:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tokio-2020 Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə sərbəst üsulla üzmək üzrə qızıl medal qazanan tunisli Əhməd Hafnaui 21 ay müddətinə yarışlardan kənarlaşdırılacaq.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Diskvalifikasiyanın əsas səbəbi onun olduğu yer haqqında məlumatın verilməsi qaydasını pozmasıdır. Üzgüçü 12 ay ərzində üç dəfə bu qaydanı pozub.
Hafnauinin diskvalifikasiyası 2026-cı il yanvarın 10-dək davam edəcək. O da məlum olub ki, tunislinin 2024-cü il aprelin 11-dən bəri göstərdiyi bütün nəticələr ləğv olunacaq.
Qeyd edək ki, Əhməd Hafnaui həmçinin 2023-cü ildə keçirilmiş dünya çempionatında (800 və 1500 metr məsafəyə sərbəst üsulla üzmək) iki qızıl medal qazanıb.
Son xəbərlər
14:51
Azərbaycan OECD-nin İşçi Qrupunun Büro üzvü seçilib
Biznes
14:50
SOCAR III rübdə hasil etdiyi qazın həcmini açıqlayıb
Energetika
14:34
SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb
Maliyyə
14:30
"Araz-Naxçıvan"ın prezidenti Mahmud Sadıqov: "Rəqiblərimizin bizdən güclü olduğunu bilirdik"
Futbol
14:23
İrəvan-Moskva gərginliyi artır: Zaxarovanın sərt dili, Kremlin Belarus rıçaqı
Analitika
14:18
SOCAR III rübdə 1,7 milyon tondan çox neft hasil edib
Energetika
14:16
Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Sosial müdafiə
14:14
SOCAR ötən rüb ixrac etdiyi neft və qaz həcmlərini açıqlayıb
Energetika
14:08
Foto
AZCON və "Samruk-Kazyna" strateji əməkdaşlığı genişləndirir
Biznes