SOCAR III rübdə hasil etdiyi qazın həcmini açıqlayıb
- 02 noyabr, 2026
- 14:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyul-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyard 696 milyon 518 min kubmetr təbii qaz hasil edib.
"Report" xəbər verir ki, bu barədə SOCAR-ın 2026-cı ilin 3-cü rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Bu, 2025-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 248 milyon 214 min kubmetr və ya 12,8 % azdır.
Ümumilikdə isə üçüncü rüb ərzində Azərbaycanda 12 milyard 473 milyon 123 min kubmetr təbii qaz hasil olunub. Bu da bir il öncəki göstərici ilə müqayisədə 469 milyon 892 min kubmetr və ya 3,6 % azdır.
Xatırladaq ki, ötən ilin üçüncü rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarından 1 milyard 944 milyon 732 min kubmetr, ölkə üzrə isə ötən rüb 12 milyard 943 milyon 15 min kubmetr təbii qaz istehsal olunub.