Aİ və Britaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Digər ölkələr
  • 02 noyabr, 2026
  • 17:46
Aİ və Britaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir, lakin hələ ki Londonun Avropanın SAFE proqramında iştirakı barədə razılıq əldə edilməyib.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ və Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə məsələlərinə dair dialoqda bildirib.

"Böyük Britaniyanın SAFE proqramında iştirakı barədə hələlik razılığa gəlmək mümkün olmayıb, lakin bizim əməkdaşlıq üçün başqa imkanlarımız var", - K.Kallas bildirib.

Onun sözlərinə görə, tərəflər ikinci SAFE (SAFE 2) proqramının perspektivlərini də müzakirə edirlər.

Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, London gələcək proqrama qoşulmaq imkanını onun parametrləri və iştirak şərtləri məlum olduqdan sonra nəzərdən keçirəcək.

O vurğulayıb ki, Böyük Britaniyanın müdafiə siyasəti "İlk növbədə NATO, lakin təkcə NATO yox" prinsipi üzərində qurulur və daha güclü Şimali Atlantika Alyansı çərçivəsində Avropanın müdafiə imkanlarının gücləndirilməsinin zəruriliyini qeyd edib.

"Daha güclü NATO tərkibində daha güclü Avropa, Böyük Britaniya və kollektiv təhlükəsizlik deməkdir", - nazir bildirib.

U.Stritinq həmçinin vurğulayıb ki, Böyük Britaniya və Aİ ölkələri istehsal güclərini birgə artırmalı və Avropa müdafiə şirkətləri arasında əməkdaşlığı məhdudlaşdırmamalıdırlar.

Kallas, öz növbəsində, Böyük Britaniyanın Aİ-nin daha geniş müdafiə təşəbbüslərində iştirakının vacibliyini qeyd edib.

44 filmi