Olimpiya Günü tədbiri SSRİ dövründə çıxış etmiş Azərbaycan idmançılarının xatirəsinə həsr edilib

Fərdi
  • 30 iyun, 2026
  • 11:23
Olimpiya Günü tədbiri SSRİ dövründə çıxış etmiş Azərbaycan idmançılarının xatirəsinə həsr edilib

Bu il Azərbaycanda keçirilən Olimpiya Günü tədbiri 1952-1992-ci illərdə SSRİ dönəmində çıxış etmiş yerli idmançıların xatirəsinə həsr olunub.

"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya Gününə həsr olunmuş tədbirdə deyib.

MOK rəsmisi görülən işlərdən danışıb:

"Müstəqillik dövrünün idmançılarını hamı yaxşı tanıyır. Lakin SSRİ dönəmində fərqlənən veteranları yeni nəsil çox az tanıyır. Bu səbəbdən həmin dövrün idmançılarını yad etmək və tanıtmaq üçün xüsusi addımlar atılır. Gələcəkdə daha genişmiqyaslı proqramların reallaşdırılması nəzərdə tutulur".

O, SSRİ yığmasının tərkibində ilk gündən azərbaycanlı idmançıların yer aldığını xatırladıb:

"Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü ilə 1948-ci ildən bəri hər il iyunda təşkil olunan bu qlobal hərəkata Azərbaycan 1995-1996-cı illərdə qoşulub. Azərbaycanlı idmançılar SSRİ yığmasının tərkibində ilk gündən təmsil olunublar. Onlar bir çox olimpiadalarda yüksək mükafatlar və çempionluqlar qazanıblar".