Jalə Əhmədova: "Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı böyük tədbirdir"

Fərdi
  • 29 oktyabr, 2026
  • 15:56
Jalə Əhmədova: Oceanman Azerbaijan Sea Breeze açıq suda üzmə yarışı böyük tədbirdir

"Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı böyük tədbirdir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Jalə Əhmədova mətbuat konfransında deyib.

"Bu, böyük tədbirdir. Hamı tərəfindən bəyənilən yarışdır. Azərbaycan böyük tədbirlərə ev sahibliyi edir. Üzgüçülüyə insanların sağlamlığına təkan kimi də yanaşırıq. Hər kəsin üzməyi öyrənməsini istəyirik".

Federasiya rəsmisi 2026-cı ildə iki böyük tədbirə ev sahibliyi etdiklərini xatırladıb:

"Nəinki üzgüçülük, idmanın hər bir növü ilə bağlı çağırış etmək lazımdır. Bu, gənc nəsilə ötürəcəyimiz yaxşılıqdır".

Qeyd edək ki, turnir 2027-ci ilin sentyabrında "Sea Breeze" ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək. "Oceanman" yarışının mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir. Seriya peşəkar idmançıları, təcrübəli üzgüçüləri, 7–75 yaşarası həvəskarları, ailələri və korporativ komandaları bir araya gətirir.

"Oceanman Azerbaijan – Sea Breeze" yarışlarının proqramına müxtəlif məsafələr üzrə üzgüçülük yarışları daxildir. İştirakçılar 10 kilometrlik "Oceanman", 5 kilometrlik "Half Oceanman" və 2 kilometrlik sprint yarışlarında mübarizə aparacaqlar.