Dünya çempionatı: Nihat Məmmədli gümüş medala sahib çıxıb

Fərdi
  • 27 oktyabr, 2026
  • 17:29
Dünya çempionatı: Nihat Məmmədli gümüş medala sahib çıxıb

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ermənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gəlib.

Rəqibinə məğlub olan N.Məmmədli gümüş mükafatla kifayətlənib. Azərbaycan güləşçisi 2024-cü ildə Tiranada keçirilən dünya çempionatında qızıl mükafata sahib çıxıb.

Bu gün digər yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.