Azərbaycanlı atlet qızıl medal qazanıb
Fərdi
- 27 iyul, 2025
- 23:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təmsilçisi Əlhəm Nağıyev Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan çempionatında qızıl medal qazanıb.
"Report" xəbər verir ki, o, 200 metr məsafəyə qaçışı 20.70 saniyə göstərici ilə başa vurub.
Bu nəticə ilə Nağıyev ümumilikdə 19 idmançının mübarizə apardığı növdə bütün rəqiblərini qabaqlayaraq Balkan çempionatının qızıl medalına sahib çıxıb.
Qeyd edək ki, bu yarışda atletlərimizdən son dəfə Anna Skidan 2021-ci ildə qalib olmuşdu. Rüstəm Məmmədov isə bu ilin fevralında qapalı məkanda Balkan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Son xəbərlər
19:23
AQTA: Ceyranbatanda məktəbdə qida zəhərlənməsi faktı təsdiqini tapmayıb - Yenilənib 2
Hadisə
19:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb
Region
19:08
Bülletenlərin 97,3 %-nin sayılmasından sonra Netanyahu seçkilərdə liderliyini qoruyur
Digər ölkələr
19:04
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
Energetika
18:56
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Balabəy Ağayev qızıl medal qazanıb
Fərdi
18:54
Xalq artisti Zaur Rzayev vəfat edib
Hadisə
18:53
Azərbaycan-Somali turizm əməkdaşlığı üzrə birgə layihələr müzakirə olunub
Turizm
18:51
İrəvan-Mineralnıye Vodı reysinin təyyarəsində texniki nasazlıq yaranıb - Yenilənib
Region
18:41
Könül Əliyeva "Böyük Dəbilqə" yarışında qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu olub
Fərdi