Azərbaycan idmançılarının bu il qazandıqları medal sayı açıqlanıb

Fərdi
  • 30 dekabr, 2021
  • 10:20
Azərbaycan idmançılarının bu il qazandıqları medal sayı açıqlanıb

Azərbaycan idmançılarının 2021-ci il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, idmançılar bu il ümumilikdə 519 medala sahib çıxıblar.

Onlardan 227-si olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc), 292-si isə qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

44 - Tezliklə