Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
Fərdi
- 11 oktyabr, 2026
- 14:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan idmançıları oktyabrın 9-dan 11-dək Çexiyada keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, böyüklər arasında qarışıq sinxron proqramda çıxış edən Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medal qazanıblar.
13–14 yaş qrupu üzrə sinxron proqramda mübarizə aparan Ömər Qasımlı və Muhamməd Həsənli 45,210 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gənclər arasında fərdi proqramda Ammar Baxşalıyev 55,830 xalla, Samirə Hüseynova isə 50,470 xalla qızıl medala sahib çıxıblar.
Beləliklə, gimnastlar turniri üç qızıl və bir gümüş medalla başa vurublar.
Son xəbərlər
08:42
Bakının Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
08:31
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Digər ölkələr
08:15
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:06
Tacikistan və "SpaceX" peyk interneti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Digər ölkələr
07:42
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Digər ölkələr
07:13
Foto
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
Hadisə
06:48
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Digər ölkələr
06:20
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Digər ölkələr
05:57
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr