Leonid Mixelson: "Rusiyanın Avropaya LNG tədarükünü dayandıracağı tarixi açıqlayıb"

Energetika
  • 18 noyabr, 2026
  • 14:23
Leonid Mixelson: Rusiyanın Avropaya LNG tədarükünü dayandıracağı tarixi açıqlayıb

Rusiya dekabrın 31-dək Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edəcək, sonra isə tədarükü Çinə yönəldəcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Novatek" şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson bildirib.

Onun sözlərinə görə, hələ ki, Rusiya LNG-si Avropaya daxil olmaqda davam edir.

"Dekabrın 31-i, saat 23:30-dək tədarük edəcəyik", - L. Mixelson deyib.

O bildirib ki, Rusiya artıq Çin bazarına yönəlmə məsələsini işləyib hazırlayıb: "Avropaya tədarükü dayandırdıqdan sonra qazın böyük hissəsini Çinə göndərəcəyik".

Qeyd edək ki, 2027-ci il yanvarın 1-dən uzunmüddətli müqavilələr üzrə Rusiya LNG-sinin Avropa İttifaqına idxalı qadağan ediləcək. Qadağa həm sanksiyalar çərçivəsində, həm də Avropa direktivinə əsasən tətbiq edilib.