Azərbaycan və Ukrayna Mingəçevirdə su anbarı tipli elektrik stansiyasının tikintisini müzakirə ediblər

Energetika
  • 05 noyabr, 2026
  • 14:15
Azərbaycan və Ukrayna Mingəçevirdə su anbarı tipli elektrik stansiyasının tikintisini müzakirə ediblər

Azərbaycan və Ukrayna energetika nazirliklərinin nümayəndələri Mingəçevirdə su anbarlı tipli elektrik stansiyasının tikintisini müzakirə ediblər.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, görüş Ujqorodda baş tutub.

Elektrik stansiyasının tikintisinin Ukrayna təcrübəsi və texnologiyalarından istifadə etməklə aparılması nəzərdə tutulub.

Qeyd olunub ki, stansiyanın gücü 1 000 MVt olacaq. Ümumi büdcənin 1,5 milyard ABŞ dollar olması təxmin edilir.

44 filmi