ETSN: "Şimşək çaxan ərazidə növbətçilik təşkil edilib"
Ekologiya
- 16 avqust, 2021
- 18:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün axşam saatlarından başlayaraq Türyənçay Dövlət Təbiət Qoruğu ərazisində güclü şimşək çaxması müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.
"Ərazidə nəzarətin təmin olunması məqsədilə növbətçilik təşkil edilib, baş verə biləcək yanğınların operativ söndürülməsi üçün müvafiq tədbirlər görülüb", - o deyib.
İradə İbrahimova qeyd edib ki, bir neçə gün əvvəl Qoruğun ərazisində şimşək çaxması nəticəsində yanğın hadisəsi baş verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın söndürülüb.
Son xəbərlər
11:55
Azərbaycan mediasının Vətən müharibəsi dövründə fəaliyyəti müzakirə olunub
Media
11:55
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
Biznes
11:53
Vüqar Gülməmmədov: "Sığorta prinsiplərinə əsaslanmayan xərclər DSMF-nin vəsaitləri hesabına maliyyələşdirilir"
Maliyyə
11:53
DSMF və İSF-nin büdcəsində investisiya gəlirlərinin əks olunması təklif edilib
Maliyyə
11:52
Komitə sədri: Effektiv məşğulluğun təmin edilməsi əsas hədəflərdən biridir
Milli Məclis
11:52
Şirinləşdirilmiş mineral və qazlı içki istehsalı aksiz vergisinə cəlb olunacaq
Biznes
11:49
Foto
Azərbaycan komandası Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turnirinə qatılıb
Futbol
11:48
Azərbaycanda çipsi istehsalçıları aksiz vergisi ödəyəcək
Biznes
11:46
Anar Əliyev: "Gələn il müavinət, təqaüd və kompensasiyalara 2,2 milyard manat xərclənəcək"
Maliyyə