Şənbə günü hava yağmursuz olacaq
Ekologiya
- 01 dekabr, 2023
- 08:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.
Son xəbərlər
10:38
Rusiya Federal Antiinhisar Xidməti ikinci antikartel qanun layihələri zərfi hazırlanır
Biznes
10:36
Foto
Azərbaycan Turizm Bürosu ilə PATA arasında sənəd imzalanıb
Turizm
10:36
"Araz-Naxçıvan"ın futzalçısı Fərid Ələkbərov: "Təcrübəsizlik üstünlüyümüzü qorumağa imkan vermədi"
Futbol
10:29
"AzInTelecom" 85 mindən çox saxta IMEI kod bloklayıb
İKT
10:29
Məhəmmədəli Xudaverdiyev: "ASAN xidmət" və BMT-nin beynəlxalq sammiti Azərbaycanın idarəetmə təcrübəsini tanıdacaq
Xarici siyasət
10:29
Azərbaycan Asiya-Sakit okean regionu ölkələri ilə turizm əlaqələrini genişləndirir
Turizm
10:23
"LANDAU Lions"un basketbolçusu Ceyms Freyzer: "Əvvəlki səhvlərdən nəticə çıxararaq qələbə qazandıq"
Komanda
10:23
"ASAN xidmət" və BMT-nin beynəlxalq sammitində 70-dən çox ölkədən 200-ə yaxın qonaq iştirak edəcək
Xarici siyasət
10:23
Cənubi Koreyada eks-prezident Yun Sok Yol üçün ölüm cəzası tələb edilib
Digər ölkələr