Oğuzda qanunsuz ağac kəsən şəxsin işi prokurorluğa göndərilib
Ekologiya
- 02 aprel, 2020
- 05:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Oğuz rayonu Xaçmazqışlaq kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-dən "Report"a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı qovaq ağacının kəsildiyi və təbiətə 8 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Araşdırma zamanı ağacın Qəbələ rayon sakini İlqar İslamov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.
Son xəbərlər
13:12
Nazir: "Pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur"
Maliyyə
13:11
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Biznes
13:09
DSMF-nin büdcədən asılılığı bir qədər də azaldılır
Maliyyə
13:09
Rəşad Şolan TDTC-nin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub
Sağlamlıq
13:08
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Xarici siyasət
13:08
Murad Atacanov: "Xəzər regionunda akvakulturada əhəmiyyətli əməkdaşlıq bazası formalaşıb"
ASK
13:06
BTQ-nin təşəbbüsü ilə təsis edilən GYSP-də təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb
Xarici siyasət
13:04
Qazaxıstan və Gürcüstan kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı gücləndirəcək
Digər ölkələr
13:02
Azərbaycanda vergi rezidenti hesab olunmaq üçün qaydalar dəyişdirilir
Biznes