Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib

Ekologiya
  • 12 noyabr, 2026
  • 19:07
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib

Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Akıl Toktobayev ilə görüşüb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, yeni milli parkların yaradılması, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ətraf mühitin mühafizəsi və bərpası sahəsində görülən işlər barədə məlumat verilib.

İki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlığın davam etdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.