PA rəsmisi: "Bu gün Azərbaycanda din sahəsinə göstərilən diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur"

Din
  • 01 may, 2018
  • 08:29
PA rəsmisi: Bu gün Azərbaycanda din sahəsinə göstərilən diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov
Report/ Firi Salim

Bakı. 1 may. REPORT.AZ/ "Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəllərində gərgin və mürəkkəb proseslər cərəyan edirdi. Həmin müddətdə müxtəlif dini təşkilatlar, qurumlar Azərbaycanda öz niyyətlərini, planlarını həyata keçirmək üçün müxtəlif üsul və metodlardan istifadə ediblər".

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin vaxt dövlətin dinə münasibətini və din siyasətini müəyyənləşdirmək istiqamətində bir çox addımlar atılırdı: "Azərbaycanın ilk müstəqillik illərində qəbul edilən qanun layihələrinin sonradan təkmilləşdirilməsində ulu öndər Heydər Əliyevin danılmaz xidmətləri olub".

PA rəsmisi əlavə edib ki, bu gün Azərbaycanda din sahəsinə göstərilən diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur.