Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı "persona non qrata" elan edilib

Digər ölkələr
  • 26 aprel, 2021
  • 15:06
Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı persona non qrata elan edilib

Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı Kiyevin analoji addımlarına cavab olaraq "persona non qrata" elan edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Ukraynalı diplomat bu ayın sonuna qədər Rusiyanı tərk etməlidir.