Ukraynanın ABŞ-dəkı səfirliyi "Starshield"ə girişin məhdudlaşdırıldığını təsdiqləyib

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 22:27
Ukraynanın ABŞ-dəkı səfirliyi Starshieldə girişin məhdudlaşdırıldığını təsdiqləyib

Ukraynada "Starshield"in işinə qoyulan məhdudiyyətlər artıq 7 gündür qüvvədədir.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəkı müvəqqəti işlər vəkili Denis Senik "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Bununla belə, onun sözlərinə görə, indiyə qədər nə Pentaqondan, nə də "SpaceX" şirkətindən hər hansı cavab və ya izahat var.

Diplomat bildirib ki, Pentaqonun onların sorğularına cavab olaraq hər hansı məhdudiyyətin olmasını təkzib etməsindən sonra da Amerika mediası şərhlər üçün səfirliyə müraciətini davam etdirir.

"Tamamilə birmənalı şəkildə qeyd etmək istəyirəm: bu, yerlərdəki real vəziyyətlə ziddiyyət təşkil edir. Mən təsdiq edə bilərəm ki, sürət məhdudiyyətləri həqiqətən də qüvvədədir", – Senik yazıb.

O qeyd edib ki, bu məhdudiyyətlər Ukraynadakı əməliyyatlar üçün real fəsadlar yaradır və təcili izahat və həllə ehtiyacı var.

"Yeddi gün cavabsız qalmaq çox uzundur", - müvəqqəti işlər vəkili əlavə edib.

Bu arada, Tramp Asiya turnesinə başlamazdan əvvəl Ağ Evin önündə jurnalistlərlə söhbəti zamanı "Starlink"in iş sürətinin məhdudlaşdırılmasından xəbərsiz olduğunu bildirib.