Son iki gündə Yəməndə gedən döyüşlərdə 150-dən çox insan həlak olub
Digər ölkələr
- 05 noyabr, 2018
- 02:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 noyabr. REPORT.AZ/ Yəmənin hakimiyyət orqanları liman şəhəri Hodeydada son 2 gündə husilərlə hökumət qüvvələri arasında gedən döyüşlərdə hər iki tərəfdən ümumilikdə 150-dən çox insanın həlak olduğunu bildiriblər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hava və artilleriya zərbələri ilə üsyançıların limanın ətrafındakı mövqeləri atəşə tutulub. Hökumət qoşunları qiyamçıları sıxışdırmağa çalışır.
Məlumata görə, Bayda və Saada vilayətlərində də həmçinin qızğın döyüşlər başlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla müharibəyə 2015-ci ildə cəlb edilib. Bu illər ərzində Yəməndə gedən vətəndaş müharibəsində təxminən 10000 insan həlak olub.
Son xəbərlər
05:55
Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub
Region
05:47
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Digər ölkələr
05:17
WSJ: ABŞ İranın Qeşm adasına zərbə endirib
Digər ölkələr
04:50
Brüsseldə Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparılacaq
Digər ölkələr
03:55
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
Digər ölkələr
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr
03:17
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
Fərdi
03:00
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
Digər ölkələr