Si Cinpin: Çin Tayvanla yenidən birləşmə mövzusunda dialoqa hazırdır
- 12 noyabr, 2026
- 08:21
Yeniliklərdən dərhal xəbərdar olun!
ÇXR hökuməti "Vahid Çin" prinsipi və 1992-ci il Konsensusu əsasında milli yenidən birləşmə mövzusunda Tayvanla dialoqa hazırdır.
"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Çin Sədri Si Cinpin deyib.
"Biz "Vahid Çin" prinsipinə və 1992-ci il Konsensusuna sadiqliyimizə əsaslanaraq, Tayvanın bütün təbəqələrinin sağlam düşüncəli nümayəndələri ilə iki sahil (Tayvan boğazı) arasında münasibətlər və milli yenidən birləşmə mövzusunda dialoqa və məsləhətləşmələrə hazırıq", - o deyib.
1992-ci ilin Konsensusu, Çin Kommunist Partiyasının nümayəndələri ilə o dövrdə Tayvanda hakim olan "Homindan" Partiyası arasında Honkonqda keçirilən yarı-rəsmi görüşdə əldə edilən razılaşmadır.
Saziş dünyada yalnız bir Çin dövlətinin olduğunu qəbul edir.